RU

“Bu müddət ərzində ictimai nəqliyyata üstünlük verin” Video Fotolar

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Daxili İşlər Nazirliyi “Formula 1 Azərbaycan Qran Prisi” ilə bağlı vətəndaşlara müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, yarışla əlaqədar olaraq məhdudiyyətin tətbiq edildiyi müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

“Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik”, - müraciətdə vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
13
qafqazinfo.az

10Источники