"Balkanların Nostradamusu" kimi tanınan Baba Vanqanın 2026-cı il üçün verdiyi proqnozlar məlum olub.
Publika.az xəbər verir ki, bu barədə “Hindustan Times” yazıb.
Bildirilib ki, Vanqanın kəhanətlərindən biri beynəlxalq münaqişlərlə bağlıdır. Proqnoza görə, 2026-cı ildə böyük beynəlxalq gərginlik yaşanacaq. Çin və Tayvan arasındakı gərginlik, ABŞ və Rusiya arasında potensial münaqişələr hətta 3-cü Dünya müharibəsinə yol aça bilər.
Həmçinin gələn il iqlim dəyişikliyi ilə bağlı fəlakətlər dünyanın müxtəlif hissələrinə ciddi təsir göstərəcək. Ekosistemlər zədələnə və bu, kütləvi miqrasiya dalğalarına səbəb ola bilər.