ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 19 sentyabr, AZƏRTAC
Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, “İpək yolu” gömrük postunda Türkiyədən Azərbaycana gələn nəqliyyat vasitəsinin qoşqusuna keçirilən baxış zamanı gömrük orqanına bəyan edilməyən 45 adda - 864 qutu, 1398 konvalyut, 473 ədəd dərman vasitəsi, 40 növdə - 357 ədəd kosmetik vasitə, 50 litr həcmində ətir, 11 adda - 278 ədəd stomatoloji vasitə, 144 qutu qida əlavəsi aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.