RU

Almaniyada 2011-ci ildən bəri ilk dəfə olaraq qaçqınların sayı azalıb

İlin birinci yarısında Almaniyada yaşayan qaçqınların sayı təxminən 1,5% və ya 50 min nəfər azalıb. 

HİT.az xəbər verir ki, bu barədə Almaniya KİV-i Sol Partiyanın tələbi ilə təqdim edilən federal hökumət məlumatlarına istinadən yazıb. Bu, ölkədə 2011-ci ildən bəri ilk azalmadır. İlin birinci yarısında qaçqınların ümumi sayı 3,5 milyon nəfər olub.

Sol Partiya bunu qismən onunla əlaqələndirir ki, müxtəlif ölkələrdən axının davam etməsinə baxmayaraq, Almaniyaya qaçqınlar getdikcə daha çox sığınacaq verilmir və ya ölkədən çıxarılır. Bununla belə, başqa bir amil bəzi qaçqınların vətəndaşlığa qəbulu ola bilər. Təkcə 2024-cü ildə 83 mindən çox suriyalı Almaniya vətəndaşlığını qəbul edib, baxmayaraq ki, onların hamısı ölkədə qaçqın olmayıb.

Samir

Избранный
13
hit.az

1Источники