RU

Bakı və regionlarda yaşıllıqlar qanunsuz kəsilib - 165 min manatdan artıq ziyan dəyib

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindənson bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakışəhəri, Yevlax, Xaçmaz və Neftçala rayonlarının inzibati ərazisindəyaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Trend xəbər verir ki, bubarədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, araşdırma zamanı Bakı şəhəri, Xəzər rayonuMərdəkan qəsəbəsində, Nəsimi rayonu 20 Yanvar və Cavadxanküçələrinin kəsişməsində, Yasamal rayonu A.M.Şərifzadə küçəsi 722ünvanında, Yevlax rayonu Hürüuşağı kəndi, Xaçmaz rayonu Qımılqışlaqkəndi ərazilərində, eyni zamanda Baş Mil-Muğan kollektorununNeftçala rayonu ərazisindən keçən hissəsində ağacların qanunsuzkəsilməsi nəticəsində yaşıllıqlara 165 260 manat məbləğində ziyandəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayəttərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçüntoplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçünhazırlanır.

Избранный
4
9
az.trend.az

10Источники