ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Euractiv-in məlumatına görə, Aİ səfirləri Rusiyaya qarşı sanksiyaların 19-cu raundunu müzakirə etmək üçün sentyabrın 19-da görüşəcəklər. Avropa Komissiyası sanksiyalara bu məqsədə çatmaq üçün ən təsirli vasitə kimi baxaraq, Rusiyanın enerji təchizatının mərhələli şəkildə dayandırılmasını sürətləndirməyi planlaşdırır. Diplomatların fikrincə, növbəti addım Rusiyadan qaz nəqlinə məhdudiyyətlərin tətbiqi ola bilər. Rusiya vətəndaşlarına turist vizalarının verilməsi qaydalarının sərtləşdirilməsi də mümkündür. Yeni sanksiyalar paketinin bank sektoru və enerji şirkətlərinə qarşı tədbirləri əhatə edəcəyi gözlənilir. Üçüncü ölkələri hədəf alan ixrac məhdudiyyətləri də mümkündür.Tətbiq edilən sanksiyalar Rusiyaya təsir edirmi?
Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqının sanksiyalar paketi tətbiq etməsi təsir edir, amma sanksiyalar Rusiyanı müharibədən çəkindirə bilmirsə, deməli, onun effektivliyi o qədər çox deyil və reallıq bundan ibarətdir.
Samir Hümbətov
“Düşünürəm ki, 18 sanksiya paketinin bu günə qədər elə də ciddi təsiri olmayıb. Olsaydı, hər halda 19-cu sanksiya paketinə ehtiyac qalmazdı”-deyən Samir Hümbətov hesab edir ki, Rusiyanı dayandırmaq üçün belə addımların əvəzinə, daha real və ciddi addımlar atmaq lazımdır, çünki bu kimi addımlar Rusiyanı bir istiqamətdən başqa bir istiqamətə yönəldir.
“Bu sanksiya paketi yenə Rusiyaya təsir etməyəcək. Əksinə, Rusiyanın daha geniş coğrafiyaya yayılmasına səbəb olur. 19-cu sanksiyalar paketinin effektiv olacağına inanmıram”-deyə politoloq qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.