ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı müsbət və konstruktiv olub.
APA xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.
***
16:15
Çin və ABŞ liderləri telefon danışığı aparır.
APA “Xinhua” agentliyinə istinadən xəbər verir ki, hazırda ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı keçirilir.