Hollivud ulduzu Bred Pitt Los-Ancelesdəki villasını həmkarı Ostin Batlerə 5,2 milyon dollara satıb.
Satış Pittin həmin villasının iyun ayında qarət olunmasından təxminən üç ay sonra baş tutub.
Batlerin yeni mülkündə üç yataq otağı, iki vanna otağı, günəş panelləri, sauna və böyük hovuzun olduğu bildirilib.
Qeyd edək ki, Bred Pitt bir müddət öncə Hollivudda gücləndirilmiş mühafizə ilə təmin olunan 12 milyon dollarlıq yeni mülk alıb.