ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniyanın olduğu helikopter Londonun Luton hava limanında planlaşdırılmamış eniş edib.
Publika.az xəbər verir ki, bu barədə "Independent" qəzeti Ağ Evə istinadən yazıb.
Hadisənin Ağ Ev rəhbəri ilə xanımının Böyük Britaniyanın Baş naziri Kir Starmerin şəhərkənarı iqamətgahından qayıdarkən baş verdiyi bildirilir. İlkin məlumata görə, helikopterdə hidravlik sistemdə kiçik problem yaranıb.
Luton hava limanında Tramp və həyat yoldaşı ehtiyat helikopterə minərək əvvəlcədən getməyi planlaşdırdıqları üzrə Stansted hava limanına yola düşüblər.