RU

Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI

Azərbaycanda dövlət qurumlarına məxsus bir sıra nəqliyyat vasitələri hərraca çıxarılır.

AzNews.az-ın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumatına görə, hərraca çıxarılacaq nəqliyyat vasitələri Dövlət Ehtiyatları Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ağdam Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəqliyyat İdarəsi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına məxsusdur.

Məlumata əsasən, siyahıda ümumilikdə 16 ədəd nəqliyyat vasitəsi yer alıb.

Satışa çıxarılan nəqliyyat vasitələrinin buraxılış ili 1999-cı ildən 2007-ci ilədək, start qiyməti isə 1500 manatdan başlayaraq 8550 manatadək dəyişir.

Избранный
15
1
aznews.az

3Источники