RU

Kiyevdə Özbəkistan vətəndaşlarının qul kimi işlədildiyi aşkar edilib

Kiyevdə 13 Özbəkistan vətəndaşının qeyri-insani şəraitdə saxlanıldığı qanunsuz düşərgə aşkarlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Kiyev vilayət prokurorluğu özünün rəsmi "Telegram" kanalında məlumat yayıb.

"Qeyri-insani şəraitdə saxlanılan 13 Özbəkistan vətəndaşının olduğu obyektlər, onların sənədləri, pulları və nəqliyyat vasitələri aşkar olunub",- deyə məlumatda bildirilir.

Məlumata görə, həmin əcnəbilər məcburi şəkildə və heç bir ödəniş almadan çalışdırılıb, əldə olunan gəlir isə kriminal dəstələrə ötürülüb.

Onların Kiyev ətrafına gətirilməsi Ukrayna, Özbəkistan və Çin vətəndaşlarının iştirakı ilə təşkil olunub.

Faktla bağlı şübhəli şəxslər saxlanılıb. Onlara qarşı qanunsuz əməyin istismarı maddəsi ilə cinayət işi açılıb.

Избранный
39
6
operativmedia.az

7Источники