RU

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

 

Fitch Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın Uzunmüddətli emitentin defolt reytinqini BB səviyyəsində saxlayıb. ABB-nin Dayanıqlılıq reytinqi də bb səviyyəsində qiymətləndirilib. Reytinq proqnozu isə Pozitiv olaraq müəyyənləşib.  

Bu bardə ABB-nin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, Fitch ekspertlərinin rəyinə görə Bankın kredit portfelinin genişlənməsi orta müddətdə müvafiq templə davam edəcək, aktivlərin keyfiyyəti isə davamlı şəkildə möhkəm qalacaq.

ABB-nin Uzunmüddətli emitentin defolt reytinqinin BB səviyyəsi Bankın güclü daxili bazar mövqeyini, dayanıqlı balans strukturunu, möhkəm maliyyə göstəricilərini əks etdirir.

Güclü balans strukturu Bankın aktivlərinin keyfiyyətinin davamlı şəkildə artmasına, yüksək gəlirliliyinə şərait yaradır, möhkəm kapital mövqeyini və likvidliyini təmin edir. Agentliyin proqnozlarına görə, Bankın əməliyyat gəlirliliyi ortamüddətli perspektivdə də güclü səviyyədə qalacaq.

Избранный
22
7
marja.az

8Источники