RU

Kəskin hava bölgələrdə bir sıra fəsadlara yol açıb

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan Muxtar Respublikası ərazisində küləkli hava müşayiət olunur.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu gün günortadan sonra başlayan şiddətli külək bəzi fəsadlar törədib.

Xüsusilə, Naxçıvan şəhərində əsən külək ağacları qırıb, bəzi evlərin dam örtüyünə ziyan vurub. Həmçinin, şəhərin əksər hissələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Qeyd edək ki, sentyabrın 19-dan 22-dək Naxçıvan Muxtar Respublikası ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Gəncədə də bu gün axşam saatlarından sonra yağan yağış səbəbilə şəhərin bəzi hissələrini su basıb. Sel suları küçələrdə bir sıra çətinlik yaradıb, avtomobillərin hərəkətinə mane olub.

Hazırda Gəncədə yağışlı hava şəraiti davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
globalinfo.az

1Источники