Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında antiterror əməliyyatlarının tarixinə dair tədbirlər - dərs, mühazirə təşkil olunub.
Bu barədə Avtosfer.az-a DİN-dən məlumat verilib.
Bildirilib ki, "Suverenliyin bərpası – antiterror qəhrəmanlığı" mövzusunda keçirilən tədbirdə akademiyanın kursantları və nazirliyin əməkdaşları iştirak ediblər.
Mühazirə zamanı onlara antiterror əməliyyatlarında şəhid olan polislər və hərbi qulluqçular haqqında məlumat verilib.