RU

Cənubi Qafqazın xəritəsinin dəyişdiyi GÜNVİDEO

2023-cü il sentyabrın 19-u və 20-də Cənubi Qafqazın xəritəsi dəyişdi, 30 ildir həllini tapmayan münaqişəyə son qoyuldu...

44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra Azərbaycan öz torpaqlarının böyük hissəsinə nəzarəti bərpa etdi. Amma suverenliyin tam bərpası üçün daha üç ilə yaxın mürəkkəb diplomatik və hərbi fəaliyyət lazım gəldi. 2023-cü il sentyabrın 19-20-də keçirilən əməliyyat bu tarixin son fəslinə çevrildi.

Əhmədbəyli-Füzuli-Şuşa yolunda Ermənistan diversiya qruplarının əvvəlcədən basdırdığı minanın partlaması nəticəsində iki mülki şəxs həlak oldu. Həmin gün daha bir mina partlayışı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbçilərini daşıyan nəqliyyat vasitəsini hədəf aldı və dörd nəfərin ölümü ilə nəticələndi. Bu terror aktları Azərbaycan üçün dözüm həddini aşan son nöqtə oldu. Nəhayət Ermənistan anlamalı oldu ki, Azərbaycan Vətən müharibəsindən sonra öz ərazilərində bir ovuc erməninin dövlətə qarşı fəaliyyətinə və təxribatlarına yol verməyəcək.

2023-cü il 19-20 sentyabr əməliyyatı sadəcə hərbi qələbə deyildi. Bu, beynəlxalq hüququn, dövlət iradəsinin və Azərbaycan xalqının zəfəri idi. Bu, ağlasığmaz iztirablardan keçmiş bir millətin ləyaqətini, səbrini və ədalətə inamını qoruyub saxlaması, həqiqətin sonda mütləq qalib gəlməsi haqqında tarixdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
28
xezerxeber.az

1Источники