Bu gün səhər saatlarından Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir .
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, axşama dorğu bölgənin əksər ərazilərində küləklə müşahidə edilən yağış yağıb.
Elə həmin anlarda göy guruldayıb, ildırım çaxıb. Güclü ildırım bütün rayon ərazisində müşahidə olunub.
Rayonun Danaçı kəndində isə qovaq ağacını ildırım vurub, nəticədə ağac yanmağa başlayıb.
Hazırda bölgədə qeyri-sabit hava davam edir.
Tural Rasimoğlu, Bizim.Media. Şimal-Qərb bölgəsi