RU

"Qarabağ"ın bütövləşən gücünün SİRRİ TAPILDI!

Şübhəsiz, "Qarabağ"ın uğurlarında komandada olan hər kəsin əməyi var.

Sıravi işçidən ən üst rəhbərə kimi.

Meydandan kənarda bir yumruq olmağı illərdi bacarırlar.

Meydandakı tək memar isə Qurban Qurbanovdur.

Bəs onun uğurunun sirri nədədir?

Konkret nəsə demək çətindir. Amma bir məqam hər zaman diqqətimi çəkib - sahib çıxmasını bilməsi.

Qurbanın sədaqəti də deyə bilərik.

O sədaqət ki, büsbütün inama söykənir.

Bəzən insan mümkünsüz görünən bir işə inananda ona sahib çıxa bilir.

Qurbanov olduğu turnirdən, qarşısındakı rəqibdən asılı olmayaraq yaxşı nəticəyə inanır.

Sözdə yox, bütün ruhu ilə.

Bu məsələnin birinci tərəfidir.

Ən çətin olanı isə ikinci tərəfidir - qarşındakını öz inandığına inandırmaq.

Qurban Qurbanov bunu da möhtəşəm bacarır.

Əbəs deyil ki, illərdi adı ən yaxşı halda Portuqaliya ikinci liqasında olan adamları gətirib "Səninlə ÇL-də ola bilərik" düşüncəsini beyinlərinə hakim edə bilir.

Onları inandırır.

Qarşılıqlı inam bütünləşəndə isə hətta "Benfika"nı səfərdə məğlub edəcək, azarkeşlərinə ağ bayraq qaldıracaq qədər böyük gücə çevrilir.

XANOĞLAN İMANOV

Избранный
19
sportinfo.az

1Источники