Ajans.az xəbər verir ki, bu haqda “New York Post” məlumat yayıb. Bildirilir ki, 57 yaşlı amerikalı musiqiçi Neşvildəki Con C.Tun hava limanından havaya qalxan təkmühərrikli “Cirrus SR22T” təyyarəsinin göyərtəsində olan üç sərnişindən biri olub. Təyyarə Şimali Karolina ştatının Franklin şəhərində açıq sahədə qəzaya uğrayıb. Federal Aviasiya Administrasiyasının (FAA) bəyanatında deyilir ki, qəza nəticəsində sağ qalan olmayıb. "Cirrus SR22T, Cümə axşamı, sentyabrın 18-i, Şimali Karolina ştatının Franklin şəhərində yerli vaxtla saat 15:00 radələrində tarlada qəzaya uğrayıb. Təyyarədə üç nəfər olub", - FAA bildirib və əlavə edib ki, hadisəni Milli Nəqliyyat Təhlükəsizliyi Şurası ilə birlikdə araşdıracaq. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта