RU

Süni intellekt inqilabı: Xəstəliklər əvvəlcədən proqnozlaşdırılacaq

Avropada alimlər tərəfindən hazırlanan Delphi-2M adlı yeni süni intellekt sistemi tibbdə dönüş nöqtəsi ola bilər. Alət şəxsin əvvəlki tibbi məlumatlarını və həyat tərzini təhlil edərək 10, hətta 20 il sonrakı sağlamlıq risklərini hesablaya bilir.

News24.az xəbər verir ki, sistem xərçəng, diabet, ürək və tənəffüs yolu xəstəliklərinin hansı vaxtda və hansı ehtimalla ortaya çıxa biləcəyini göstərəcək. Məsələn, “həftə sonu yağış ehtimalı 70%” kimi tibbi risklər də faizlərlə açıqlanacaq.

Araşdırma "Nature" jurnalında dərc olunub. Model 400 min nəfərin tibbi məlumatlarını əhatə edən Böyük Britaniya Biobankı və 1,9 milyon insanın yer aldığı Danimarka xəstəxana qeydləri üzərində sınaqdan keçirilib.

EMBL-EBI mütəxəssisi Tomas Fitzgerald sistemin tibbi hadisələrin proqnozlaşdırıla bilən “naxışlarını” öyrəndiyini bildirib. EMBL-nin müvəqqəti direktoru Ewan Birney isə gələcəkdə həkimlərin bu aləti rutin olaraq istifadə edə biləcəyini vurğulayıb.

Almaniya Xərçəng Araşdırma Mərkəzindən Prof. Moritz Gerstung isə texnologiyanın səhiyyəni şəxslərə uyğunlaşdırmaq və ehtiyacları kütləvi şəkildə öncədən müəyyənləşdirmək üçün yeni bir mərhələ ola biləcəyini deyib.

Xeyrənsə Piriyeva


Избранный
110
news24.az

1Источники