İstanbulun Üsküdar səmtində sərnişin bərəsi ilə yük gəmisi toqquşub.Bu barədə “TRT Haber” məlumat yayıb.
Toqquşma nəticəsində bərədə olan sərnişinlərdən bəzilərinin yaralandığı bildirilir.
Qəzaya məruz qalan gəmilər Boğazın hərəkət zolağından çıxarılıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.