BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları yenidən tətbiq etmək qərarı tələsik qərardır.
Axar.az xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib.
O, qərarın qanunsuz olduğunu vurğulayıb:
“İran onu həyata keçirmək öhdəliyini tanımır”.
Qeyd edək ki, ötən gün BMT TŞ İrana qarşı nüvə proqramı ilə bağlı əlavə sanksiyalar tətbiq edib.