Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"a məğlubiyyət "Benfika"nı məyus edib.
Sportinfo.az xəbər verir ki, bunu Portuqaliya klubunun futbolçusu Entso Barreneçea "Sport TV"yə açıqlamasında deyib.
O, bu matçı unudub çempionata köklənəcəklərini söyləyib:
"Biz kollektiv oyun nümayiş etdirirdik, irəlidə oynayırdıq və sakit idik. Çempionlar Liqasında səhvlərə yol verilməməlidir.
Nəticə bizi məyus edir. Diqqətimizi çempionat oyununa yönəltməliyik. Çempionlar Liqası fərqli yarışdır.
Hətta hesabda 2:0 öndə olmaq belə rahatlaşmağa əsas vermir. Biz danışacağıq və növbəti matça köklənəcəyik".
"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"nı üstələyib - 3:2.
Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.