RU

Polşa Rusiya qırıcılarının onlara aid neft platformasının üzərindən uçduğunu açıqlayıb

Polşa sərhədçiləri Baltik dənizində, ölkənin ərazi sularından kənarda, Petrobaltik neft platforması üzərindən iki Rusiya qırıcısının alçaq hündürlükdən keçməsi barədə məlumat veriblər.

APA xəbər verir ki, Polşa Sərhəd Mühafizəsi Xidməti Petrobaltik neft platforması üzərindən Rusiyaya məxsus iki qırıcının alçaq hündürlükdən uçması barədə məlumat verib.

Polşa sərhədçiləri bildiriblər ki, onlar dərhal ölkənin silahlı qüvvələrinə və digər müvafiq xidmətlərə məlumat veriblər.

Platforma Polşanın ərazi sularından kənarda yerləşsə də onun müstəsna iqtisadi zonasında hesab olunur.

Избранный
42
1
apa.az

2Источники