RU

Qoz ağacının altında oturmaq olmaz inancı düz çıxdı elm açıqladı

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qoz ağacının altında yatmaq bəla gətirir" inancı elmi şəkildə açıqlanıb.

İllərdir nəsildən-nəslə ötürülən bir inanışa görə, qoz ağacının altında yatmaq və ya oturmaq insana bəla gətirir. Lakin elm adamları bunun xurafat olduğunu, amma müəyyən bir elmi səbəbin mövcudluğunu bildirirlər.

Araşdırmalara görə, qoz ağacları sülfür qazı ifraz edir. Bu qaz havadan ağır olduğu üçün ağacın dibinə çökür və orada uzun müddət qalan insanlarda başgicəllənmə və halsızlıq yarada bilir.

Qoz ağacları bəzən parazit və müxtəlif xəstəliklərə həssas olur. Ona görə də ağacın dibində uzun müddət qalmaq müəyyən risklər yarada bilər.

Qoz  ağacı çiçəkləmə dövründə polen yayır. Bu da allergiyası olan şəxslərdə öskürək, asqırma və narahatlıq yarada bilər.

Qoz ağacı 100 ildən çox ömür sürə bilir və təbiətin balansını qorumaqda mühüm rol oynayır. Onun yaydığı bəzi maddələr torpaqdakı zərərli mikrobları azaldır, faydalı mikroorqanizmləri isə artırır.

Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
44
4
news.milli.az

5Источники