RU

ABŞ Milli Antiterrorizm Mərkəzi Əl-Qaidədən gələn təhlükə barədə xəbərdarlıq edib

ABŞ Milli Antiterrorizm Mərkəzi (NCTC) Əl-Qaidənin ABŞ-a qarşı hücum çağırışlarının ölkəyə qarşı hələ də davam edən təhdidin nümayiş etdirildiyini bildirib.

APA-nın “Reuters”ə istinadən verdiyi xöbərə görə, Mərkəzin hüquq-mühafizə orqanlarına göndərdiyi məruzədə qeyd olunub ki, Əl-Qaidə və onun Yəməndə yerləşən qolu – Ərəbistan Yarımadasında Əl-Qaidə (AQAP) “öz media resurslarından və qlobal münaqişələrdən, xüsusilə də ABŞ-ın dəstəyi və ya hərbi iştirakı olan bölgələrdən istifadə edərək potensial hücumçuları ruhlandırmağa çalışır”.

Sənəddə dövlət məmurlarına izlənmədən yayınmaq, səfər planları, qrafiklər və yerləşdikləri yerlər barədə məlumatları açıq paylaşmamaq, işdən kənarda vəsiqə və digər identifikasiya nişanlarını daşımamaq tövsiyə olunub.

Mərkəz, həmçinin, idman və musiqi tədbirləri kimi böyük izdiham olan yerlərə qarşı potensial təhlükə barədə xəbərdarlıq edib və belə tədbirlərdə hüquq-mühafizə orqanlarının gücləndirilmiş iştirakı ilə yanaşı, təhlükəsizlik tədbirləri üzrə əvvəlcədən brifinqlərin keçirilməsini zəruri hesab edib.

Qeyd edək ki, ABŞ Əl-Qaidəni “xarici terror təşkilatı” kimi tanıyır. 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda Əl-Qaidənin törətdiyi hücumlar nəticəsində təxminən 3 min insan həlak olmuşdu.

Избранный
25
1
apa.az

2Источники