RU

Bəhlul Mustafazadə “Benfika”da nə görüb?

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunda “Benfika”ya qarşı keçirilmiş görüş haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu Ağdam klubunun səfərdə əldə etdiyi uğurlu nəticəni şərh edib:

"Əlbəttə ki, oyundan öncə də ümidliydik. Futbolçularla öz aramızda danışanda, görüş haqda ümidli olduğumuzu bir-birimizə bildirirdik. Amma sona qədər inamımızı qoruduq və sonda da qələbəmizi qazandıq".

- "Benfika” tərəfində matçdan əvvəl böyük hesabla qalib gələcəyini düşünənlər var idi…

- Matçdan əvvəl “Benfika” tərəfinin açıqlamalarına baxdığımız zaman bunu hiss edirdik. Futboldur da. Müasir futbolda hər bir komanda digərinə qalib gələ bilir. Bunu göstərdiyimiz üçün çox xoşbəxtik.

Избранный
43
sportinfo.az

1Источники