RU

Nazirin nə ixtiyarı var ki, ona səlahiyyət versin?

Albaniya baş naziri “Diella” adlı (Alban dilində “günəş” deməkdir) süni intellekt proqramını tender və satınalmalar üzrə nazir təyin edib. “Diella” dünən Albaniya parlamentində “çıxış” edib, fəaliyyətindən danışıb.

Sözügedən mövzuyla bağlı siyasi ekspert Natiq Cəfərli Axar.az-a açıqlamasında bildirib ki, bunu hökumətin məsuliyyətdən qaçmaq cəhdi kimi dəyərləndirmək olar.

“Bu çox təhlükəli, siyasət adına yoverilməz yanaşmadır, belə eksperimentlərin geniş yayılmasına imkan vermək olmaz. Siyasət, hökumət insan işidir, vətəndaşın seçimidir, nazir siyasi vəzifədir, seçki ilə səlahiyyət verilir, bu isə seçici qarşısında məsuliyyət yaradır. “Nazir” süni intellekt səhv etsə, bu məsuliyyət yaradırmı?! Seçici bu məsələyə səs verməyibsə, baş nazirin nə ixtiyarı var ki, süni intellektə səlahiyyət versin?!” - ekspert vurğulayıb.

N.Cəfərlinin fikrincə, bunu həm də Albaniyanı tanıtmaq və inkişaf etdiyini göstərmək üçün PR aksiyası kimi dəyərləndirmək olar:

“Albaniya üçün bu yaxşı piar ola bilər. Dünyada minlərlə media, sayt bu haqda məlumat yaydı, belə ölkənin olduğunu son günlər bir Tramp, bir də bu xəbər dünyaya bir daha tanıtdı. Ümumiyyətlə, süni intellekt insan əməyinin nəticəsidir və onu insandan ayrı düşünmək olmaz.

Bunu piara, “gözəl təqdimat”a çevirməyə ehtiyac yoxdur. Bəli, süni intellekt insanlara kömək edəcək, daha çox yayılacaq. Bir neçə il sonra süni intellekt kimi köməkçimiz də olacaq, bizim yerimizə kommunal ödəyəcək, taksi çağıracaq və s. Lakin süni intellekt siyasətlə məşğul ola bilməz. Süni intellekt insan tərəfindən idarə olunan və manipulyasiyalara məruz qala biləcək bir məsələdir. Ümid edirəm ki, Albaniya hökumətinin bu piar gedişi qlobal eksperiment deyil, lokal olacaq və tez bitəcək...”

Избранный
41
1
axar.az

2Источники