RU

XİN-dən 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT

Bakı. Trend:

Xarici İşlər Nazirliyi 20 sentyabr – Dövlət Suverenliyi Günü iləbağlı bəyanat yayıb.

Trend xəbər verir ki, bəyanatda deyilir:

"Bu gün, Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur.

2023-cü ilin 19-20 sentyabr tarixində 24 saatdan az bir müddətdəErmənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilibölkəmizin Qarabağ bölgəsindən tamamilə çıxarılması, həminərazilərdə Azərbaycan Respublikasının suverenliyinin vəkonstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterliantiterror tədbirləri həyata keçirilib.

20 sentyabr tarixində Azərbaycanın öz torpaqları üzərindəsuverenliyini bərpa etməsi tarixin ən şanlı səhifələrindən biriolmaqla yanaşı, beynəlxalq hüquq və ədalətin təntənəsidir.

Bu zəfərin əsas memarı Müzəffər Ali Baş Komandanın rəhbərliketdiyi şanlı Azərbaycan silahlı qüvvələridir. Məhz Ali BaşKomandanın qətiyyəti və silahlı qüvvələrimizin rəşadəti bu qələbənitəmin edib.

Ermənistanın 2020-ci il Vətən müharibəsi nəticəsində qəbuletdiyi öhdəliklərə baxmayaraq, 2023-cü ilədək keçən üç ilə yaxınmüddət ərzində nəinki öz silahlı birləşmələrini AzərbaycanınQarabağ bölgəsindən çıxarmadığı, hətta Azərbaycan ərazilərinə əlavəsilah-sursat, hərbi texnika, minalar yerləşdirdiyi məlum idi.Ermənistan tərəfinin ərazilərimizdə yaratdığı qondarma rejimintəbliğatını hər vəchlə davam etdirməsi, 2 sentyabr 2023-cü iltarixində qondarma “müstəqillik” ilə bağlı separatçı rejimi təbriketməsi, 9 sentyabr tarixində qondarma “prezident seçkiləri”, eləcədə 19 sentyabr tarixində 6 nəfər azərbaycanlının həlak olması ilənəticələn hərbi təxribat vəziyyəti daha da gərginləşdirdi.

Azərbaycanın ərazilərinə qarşı əsassız iddialarından əlçəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, təcavüzsiyasətini davam etdirən Ermənistanın və onun qondarma rejimininheç bir çərçivəyə sığmayan bu kimi davranışlarının qarşısınınalınması zəruri idi.

Ermənistan tərəfinin təhrikedici səylərinə və təbliğatınabaxmayaraq, antiterror tədbirləri aparıldığı zaman mülki əhalihədəf alınmadı, mülki infrastruktura zərər vurulmadı, yalnızlegitim hərbi infrastruktur və obyektlər sıradan çıxarıldı.Azərbaycan əsgəri və zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik,fədakarlıq nümayiş etdirdi.

2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin bərpasındansonra, Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılmasıistiqamətində səylər daha da artırıldı. 8 avqust 2025-ci iltarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinintarixi görüşü keçirildi. Görüşün nəticəsində liderlər tərəfindənBirgə Bəyanat imzalandı. Azərbaycan və Ermənistan sülh müqaviləsimətnini parafladı. Bundan əlavə, Azərbaycan və Ermənistanınmüraciətinə uyğun olaraq, keçmiş münaqişənin qalığı olan ATƏT-inMinsk Prosesi və əlaqəli strukturları 1 sentyabr tarixində ATƏTNazirlər Şurasının qərarı ilə ləğv edildi.

Vaşinqton görüşünün nəticələri Azərbaycanın irəli sürdüyü sülhgündəliyini bir daha təsdiq etdi. Bu tarixi sülh fürsətinin əldənverilməməsi, sülh sazişinin imzalanması üçün Ermənistankonstitusiyasında ərazi iddialarının aradan qaldırılmasızəruridir.

Bu tarixi önəmli gündə Azərbaycanın müstəqilliyi, ərazibütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş vətənövladlarımızın əziz xatirəsini dərin hörmətlə yad edirik.

Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan!"

Избранный
25
49
az.trend.az

5Источники