RU

Əlisəmid Kürün səhhətində irəliləyiş var

“Dostumuz Əlisəmid Kürün saglamlıq durumu ilə əlaqədar mənə coxlu müraciətlər olur. Məlumat üçün bildirim ki, Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində müalicə alan şair artıq Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə köcürülüb”.

Modern.az xəbər verir ki, bunu Əlisəmid Kürün dostu – Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirib.

“Dünən günün ikinci yarısı xəstəxananın baş həkimi Sahib Hüseyinovla görüşüb birlikdə Əlisəmid Kürü ziyarət etdik. Cox cox şükür, onun durumunda xeyli irəliləyiş var, dualarınızı əsirgəməyin”.

Əlisəmid Kür səhhətində yaranan problem səbəbiylə sentyabrın 15-də xəstəxanaya  yerləşdirilib.

Ailəsinin məlumatına görə, 74 yaşlı şairin qaraciyər və böyrəklərində problemlər var. Onun müxtəlif orqanlarına gedən damarlarında da tıxanıqlıq yaranıbş
 

Избранный
12
4
modern.az

5Источники