RU

ABŞ-də təlim zamanı Polşanın iki hərbçisi həlak olub

ABŞ-də paraşüt təlimi zamanı Polşanın iki hərbçisi həlak olub.

Sitat.info-nun xəbərinə görə, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı "X" sosial şəbəkəsində məlumat yayıb.

"2025-ci il sentyabrın 19-da ABŞ-də gecə paraşüt təlimi zamanı xüsusi təyinatlıların iki döyüşçüsünün ölümü ilə nəticələnən faciəvi qəza baş verib", - məlumatda bildirilir.

Həlak olanların ailələrinə yardımların göstəriləcəyi qeyd edilir.

Xüsusi komissiya insidentin səbəblərini araşdırır.

Избранный
2
2
sitat.info

3Источники