RU

Çarlinin anım mərasimində çaxnaşma: əlində silahla gəldi

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-da siyasi fəal Çarli Kirkin anım mərasiminin keçirildiyi yerdə silahlı şəxs saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.

Məlumata görə, şəxs Gizli Xidmət agentlərinə özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edib və silahlı olduğunu bildirib.

Qəzet hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbəyə istinadən qeyd edib ki, saxlanılan şəxsin yanında ən azı bir tapança və bir bıçaq olub.

Xatırladaq ki, amerikalı siyasi fəal və bloger Çarli Kirk Yuta ştatında universitetdə çıxışı zamanı sui-qəsdə uğrayıb. Hadisə Yuta ştatında keçirilən tədbir zamanı qeydə alınıb. Tədbirdə iştirak edənlər arasında panika yaranıb, hüquq-mühafizə orqanları dərhal müdaxilə edib.

Şübhəli şəxs hadisə yerində saxlanılıb və polis tərəfindən həbs edilib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
globalinfo.az

1Источники