RU

Səhərlər bu vərdiş sizi məhv edir – SOS xəbərdarlığı

Siqaret bütün dünyada milyonlarla insanın asılılıq yaratmış vərdişidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il təxminən 8 milyon insan siqaretlə əlaqəli xəstəliklərdən dünyasını dəyişir. Xüsusən səhərlər acqarına siqaret çəkmək bu zərərin daha da artmasına səbəb olur. Mütəxəssislər bildirirlər ki, ilk siqareti mədəyə heç nə düşmədən çəkmək orqanizmdə bir sıra neqativ prosesləri sürətləndirir.

Yenisabah.az xəbər verir ki, araşdırmalara əsasən, səhərlər acqarına çəkilən siqaret orqanizmə nikotinin daha tez sorulmasına şərait yaradır. 

Gecə boyu orqanizm istirahət etdiyindən və qan dövranı daha sabit olduğundan, səhər nikotin qəbul edildikdə onun təsiri güclənir. Bu, insanın siqaretə daha çox bağlanmasına və asılılıq səviyyəsinin artmasına səbəb olur. Alimlər deyirlər ki, günün ilk saatlarında çəkilən siqaret insanın nikotin ehtiyacını daha tez artırır və nəticədə o, gün ərzində daha çox siqaret çəkməyə meylli olur. pizza sifarişi

Səhər acqarına siqaretin ən çox zərər verdiyi orqanlardan biri mədədir. Nikotinin təsiri ilə mədədə turşuluq artır, selikli qişa zədələnir. Bu isə qastrit və mədə xorasına yol açır. Tibbi araşdırmalar göstərir ki, siqaret çəkənlərdə mədə-bağırsaq problemlərinin yaranma riski çəkənlərdən dəfələrlə yüksəkdir. Səhərlər acqarına siqaret çəkmək bu riski bir az da artırır, çünki mədədə qoruyucu qida qatı olmadığından nikotinin və digər zərərli maddələrin təsiri birbaşa selikli qişaya yönəlir.

Siqaret ümumilikdə ürək-damar sisteminə zərər vurur, lakin səhərlər bu təsir daha güclü hiss olunur. Acqarına siqaret çəkmək təzyiqin qəfil yüksəlməsinə, damarların daralmasına səbəb olur. Bu, ürəyə əlavə yük gətirir. Aparılan tədqiqatlara görə, səhərlər ilk siqareti çəkən insanlarda infarkt və insult riski günün digər vaxtlarında siqaret çəkənlərə nisbətən daha yüksəkdir. Çünki səhər bədəndə kortizol hormonu təbii olaraq yüksəlmiş olur, siqaret də bu yükü artıraraq ürək-damar sistemini gərginliyə salır.

Siqaretin tərkibindəki qatran və digər toksik maddələr tənəffüs yollarına ciddi zərər verir. Acqarına siqaret çəkildikdə bu zərər daha kəskin olur. Çünki orqanizm hələ günə başlamayıb, immun sistem tam aktivləşməyib. Bu halda siqaret tüstüsü bronxları qıcıqlandırır, xroniki bronxit və astma kimi xəstəliklərə zəmin yaradır. Bundan başqa, səhərlər acqarına siqaret çəkmək immuniteti zəiflədir və orqanizmin infeksiyalara qarşı müqavimətini azaldır.

Psixoloqlar qeyd edirlər ki, səhərlər acqarına siqaret çəkmək vərdişə çevrildikdə insanın həyat keyfiyyətini aşağı salır. Günün əvvəlində ilk siqareti çəkən şəxs gün boyu özünü nikotinsiz təsəvvür edə bilmir. Bu isə iş qabiliyyətinə, əhval-ruhiyyəyə və yuxu rejiminə mənfi təsir göstərir.

Səhərlər acqarına siqaret çəkmək həm fiziki, həm də psixoloji baxımdan insan sağlamlığı üçün ən təhlükəli vərdişlərdən biridir. Həkimlər bildirirlər ki, siqareti tərgitmək mümkün olmasa belə, heç olmasa acqarına çəkməmək lazımdır. Amma ən doğru addım nikotin asılılığından tamamilə xilas olmaqdır.

Aydan Hacı 


Telegram kanalımız
Избранный
38
1
yenisabah.az

2Источники