“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın oyunçuları Rahim Sterlinq və Aksel Disasiyə dair vəziyyəti şərh edib.
Əvvəllər İngiltərə Futbolçular Birliyi hər iki futbolçunun məşqlərdən kənarlaşdırılmasından narahatlıq ifadə etmişdi.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bu məsələnin yalnız “Çelsi” ilə bağlı deyil, bütün klublar üçün ümumi olduğunu bildirib:
“Bu yalnız “Çelsi” ilə bağlı deyil, bütün dünyadakı klublara aiddir. Hansısa səbəbdən oyunçu və klub razılığa gələ bilmirsə, ona məşq üçün şərait yaradılır. Amma oyunçu heyətə daxil deyilsə, demək ki, daxil deyil.
Mənim atam 75 yaşındadır və 50 il balıqçı kimi işləyib. Gecə saat 2-dən səhər saat 10-a qədər. Budur çətin vəziyyət! Oyunçunun meydana çıxmaması isə bu qədər ağır bir iş deyil”.
“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.