RU

"Bunu heç Roma Papası da edə bilməz" - Ruben Amorim

İngiltərə Premyer Liqasının (İPL) 5-ci turu çərçivəsində bu gün "Çelsi"ni qəbul edəcək "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim oyun prinsiplərini dəyişməyəcəyini bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini ESPN belə çatdırıb:

"Heç kim məni oyun sxemini dəyişməli olduğuma inandıra bilməz. Bunu heç Roma Papası da edə bilməz. Bu mənim işimdir. Bu mənim məsuliyyətimdir. Bu mənim həyatımdır. Bizim komandanın inqilab dönəmi olacaq, amma biz əvvəldən hər şeyi düz etməliyik. Özünüz düşünün, təzyiqlərə görə özümü dəyişsəm, futbolçular mənə necə baxarlar? Təbii ki, onların da mənə olan münasibəti də dəyişər".

Qeyd edək ki, ilk 4 turda 4 xal toplayan MY hazırda İPL-in turnir cədvəlində 14-cü pillədə mövqe tutub.

Nihat

Избранный
21
1
fanat.az

2Источники