RU

Ermənistan xarici işlər naziri: Azərbaycanla bunu müzakirə etməyə hazırıq

BAKI, 20 sentyabr. TELEQRAF

“Sülh sazişinin imzalanma yeri və vaxtı ilə bağlı Azərbaycanla müzakirələrə hazırıq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Yazılanlarla, dərc olunanlarla razılaşmışıq, qalan şifahi şərhlər əhəmiyyət kəsb etmir. Biz həm paraflama zamanı, həm də ondan əvvəl - mətnin martın ortalarında razılaşdırıldığı zaman elan etmişdik ki, hər an imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağa hazırıq. İndi də hazırıq”, - nazir vurğulayıb.

Избранный
39
teleqraf.com

1Источники