RU

Ermənistan Azərbaycanla sülh sazişinin imzalanacağı yeri məsləhətləşməyə hazırdır

Ermənistan Azərbaycanla sülh sazişinin harada imzalanacağına dair məsləhətləşmələrə başlamağa açıq olduğunu bəyan edib.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yerli mətbuata açıqlama verib.

Onun sözlərinə görə, "Sülh razılaşmasının imzalanacağı məkanla bağlı danışıqlara başlamağa hazırıq", - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, Mirzoyan Türkiyənin xarici işlər nazirinin gələn ilin əvvəlində Bakı ilə sülh sazişinin imzalana biləcəyi yönündə verdiyi açıqlamaya münasibət bildirməyib və bu fikri təsdiqləməyib.

Asya
Milli.Az

Избранный
5
milli.az

1Источники