RU

Xaçmazda qazi alver etdiyi şərikini qətlə yetirdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xaçmaz rayonunun Ağtala kəndində qətl hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, kənd sakini, İkinci Qarabağ müharibəsi iştirakçısı, 32 yaşlı Emin Baxışov 37 yaşlı Kənan Cəbiyevi bıçaqla qətlə yetirib.
Polis əməkdaşları tərəfindən E.Baxışov saxlanılıb.
Məlumata görə, E.Baxışov K.Cəbiyevlə birlikdə meyvə-tərəvəz alveri ilə məşğul olub. Mübahisə də meyvə-tərəvəz alveri zamanı əldə olunan qazancın düzgün bölünməməsi səbəbindən baş verib. Pula görə düşən dava nəticəsində E.Baxışov şərikini bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Избранный
51
4
oxu.az

5Источники