Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.
Bu barədə Ermənistan KİV məlumat yayıb.
Qeyd olunur ki, Andranik Simonyanı gətirən təyyarə axşam saat 20:12-də Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib. İrəvandan uçuş 50 dəqiqə davam edib.
Bundan əvvəl Simonyanın Bakıda keçiriləcək 3-cü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edəcəyi barədə məlumat verilmişdi. Onun səfəri 3 günlükdür və sentyabrın 21-dək davam edəcək.