Bütün gecə Ukrayna Rusiyanın kütləvi hücumu altında olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiya 40 qanadlı və ballistik raket və 580-ə yaxın drondan istifadə edib.
Zelenski qeyd edib ki, Rusiyanın məqsədi infrastrukturu, yaşayış sahələrini, çülki müəssisələri hədəf alıb: "Dneprdə çoxmərtəbəli binaya birbaşa raket zərbəsi endirilib.
Hücum nəticəsində onlarla yaralı var. Təəssüf ki, üç nəfər ölüb".
Ukrayna lideri qeyd edib ki, Rusiyaya qarşı güclü beynəlxalq cavab lazımdır: "Ukrayna özünü və Avropanı qoruya biləcəyini sübut etdi, lakin etibarlı bir qalxan üçün birlikdə hərəkət etməlidirlər: hava hücumundan müdafiəni gücləndirmək, silah tədarükünü artırmaq, Rusiya hərbi maşınına və onu maliyyələşdirən sahələrə qarşı sanksiyaları genişləndirmək. Rusiyaya qarşı hər bir məhdudiyyət xilas edilmiş həyatdır".