RU

Fiziyev Oliveyra ilə döyüşə çıxa bilməyəcək SƏBƏB

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan idmançısı Rafael Fiziyev Rio-de-Janeyroda keçiriləcək UFC Fight Night 261 turnirində döyüşə çıxmayacaq.

Fanat.Az xəbər verir ki, məlumatı “MMA Fighting” saytı yayıb.

Fiziyev zədələndiyi üçün braziliyalı Çarlz Oliveyraya qarşılaşa bilməyəcək.

11 oktyabrda yüngül çəki dərəcəsində nəzərdə tutulan bu qarşılaşma UFC turnirinin əsas döyüşü olmalı idi. UFC-nin yüngül çəki reytinqində Oliveyra 4-cü, Fiziyev isə 10-cu yerdədir.

Fiziyev MMA karyerasında 13 qələbə qazanıb və 4 dəfə məğlub olub. Sabiq UFC çempionu Oliveyranın isə hesabında 35 qələbə, 11 məğlubiyyət var və onun bir döyüşü baş tutmamış sayılıb.

Hələlik UFC rəhbərliyi rəsmi açıqlama yaymayıb. Əgər Fiziyev döyüşə çıxa bilməsə, təşkilatın prezidenti Deyna Uayt Çarlz Oliveyra üçün yeni rəqib müəyyənləşdirəcək.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
67
2
fanat.az

3Источники