RU

Ağdamda binaların tikintisinə 17 milyon manatdan çox vəsait xərclənəcək - Qaliblər bəlli oldu

Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-136 və məhəllə O-140 üzrə binalar tikiləcək. 

Olaylar.azTxəbər verir ki, məhəllə O-136 üzrə binaları "SNT" İnşaat Şirkəti, məhəllə O-140 üzrə isə "TURAN.İ.O" Məhdud Məsuliyyətli Cəmiyyəti tikcək.

Dövlət sifarişi əsasında "SNT" İnşaat Şirkəti ilə 9 milyon manat ( açıq tenderdə ehtimal edilən qiymət 9.476.492,18 AZN olub), "TURAN.İ.O" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə isə 8 milyon 228 min 732 manat (açıq tenderdə ehtimal edilən qiymət 10.046.914,00 AZN olub) dəyərində müqavilələr bağlanıb.

Xatırladaq ki, "SNT" İnşaat Şirkəti bundan əvvəl 5 milyon manata "Ağdam rayonu Sarıcalı kəndində tikintisi nəzərdə tutulan qeyri-yaşayış binalarının tikinti-quraşdırma işlərini, 16 milyon 211 min 372 manata "Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 4-cü məhəllə üzrə 126 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 6 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi" işlərini, 13 milyon 666 min 194 manata "Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 5-ci məhəllə üzrə 102 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 5 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi" işlərini sifariş alıb. Şirkətlə müqavilələr açıq tender əsasında bağlanıb.

Ağdam şəhərində məhəllə O-140 üzrə binaları inşa edən "TURAN.İ.O" Məhdud Məsuliyyətli Cəmiyyəti isə bununla il ərzində Qarabağda ikinci sifarişi icra edir. MMC Cəbrayıl rayonunun 1042 ailəlik (ikinci mərhələdə - 407 ailəlik) Şükürbəyli kənd məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş binalarının və digər tikililərin söküntüsünü aparıb.

Şirkət daha çox Təhsil Nazirliyinin sifarişlərini almaqla məşhurdur. "TURAN.İ.O" Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ildə nazirliyin 10 tenderini qazanaraq 7 milyon 047 min manatlıq sifariş almışdı.

Qeyd edək ki, "SNT" İnşaat Şirkəti 1999-cu ildə yaradılıb, nizamnamə kapitalı 1 milyon 469 min manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Süleyman Aslanov Şəmsəddin oğludur.

"TURAN.İ.O" MMC isə 26.11.2018-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi Hüseynov Nicat İldırım oğludur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
53
1
olaylar.az

2Источники