RU

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞABank”qadınların avtoidman sahəsində rolunu önə çıxaran “Women inFormula One” tədbirinin sponsoru qismində çıxış edir.

“Formula 1 Azərbaycan Qran-Prisi”ndən əvvəl 19 sentyabr 2025-ciil tarixində Bakıda keçirilən tədbir avtomobil idmanında qadınistedadını və liderliyini vurğulayan yeni bir platformadır. Buplatforma həm yerli, həm də beynəlxalq səviyyədə qadın liderliyinədiqqət çəkərək, iştirakçılara unikal təcrübə və geniş şəbəkələşməimkanları təqdim edəcək. Tədbir qadınların avtoidman sahəsindəartan rolunu nümayiş etdirməyi və gənc nəsli ruhlandırmağıhədəfləyir.

Beynəlxalq səviyyəli peşəkar ekspertlərin iştirakı ilə keçiriləntədbiri giriş sözü ilə açan “PAŞA Bank”ın insan resusları üzrə başdirektoru Zibeydə Hacıyeva qeyd edib ki, layihəyə sponsorluq Bankınqadınların liderliyini, eləcə də müxtəlifliyi dəstəkləməköhdəliyinin daha bir nümunəsidir.

"Bu tədbir yalnız qadınların avtomobil idmanında nailiyyətləriniqeyd etmir, həm də gələcək nəsillərə ilham verir. Biz inanırıq ki,qadınların uğuru cəmiyyətin inkişafını sürətləndirir və hər birgənc qız öz xəyallarının gerçək ola biləcəyinə inanmalıdır,"- deyə,Hacıyeva bildirib.

Qeyd edək ki, “PAŞA Bank” bütün fəaliyyət sahələrində qadınlarınpeşəkar inkişafı, eləcə də sosial həyatda iştirakınıngücləndirilməsinə yönəlmiş təşəbbüslərə dəstək verir. Son illərdəBank bu istiqamətdə tədbirlər, proqramlar və beynəlxalq layihələrdətərəfdaş olaraq fəal iştirak edib.

Məqalədə:
Избранный
45
5
az.trend.az

6Источники