RU

"Mercedes" pilotu: "Yarışın ikinci günü gərgin keçəcək"

"Formula-1" üzrə Azərbaycan Qran-prisində iştirak edən “Mercedes”in pilotu Andre Kimi Antonelli yarışın ikinci gününün çətin keçəcəyini deyib.

İdman.biz xəbər verir ki, italyan sürücü ilk sərbəst yürüşləri müsbət qiymətləndirib:

“Şəhər trasında tempi addım-addım qurmağa çalışıram. Fikrimcə, sıralama turunda mübarizədə iştirak edə biləcəyik. “Ferrari” və “McLaren”in sürətinə baxmayaraq, iddialı çıxış etmək gücündəyik.”

Qeyd edək ki, bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş və sıralama turu keçiriləcək. Əsas yarış sentyabrın 21-də baş tutacaq.

İdman.biz

Избранный
43
1
idman.biz

2Источники