RU

Paşinyan: Bunu mən və Əliyev etdik

Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması hamıya məlumdur, Ermənistan öz tarixində tamam başqa mərhələyə qədəm qoyub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Sülh avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və dəstəyi, mənim və Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi bəyannamə ilə bərqərar oldu. 8 avqust uzun bir prosesin kulminasiya nöqtəsi, zirvəsidir. 1 il 7 aydır Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində bir nəfər də əsgər ölməyib və yaralanmayıb. Sülh budur.

İndi bu 1 il 7 ayı 2 il 7 ay, 3 il, 4 il, 100 il, 200 il və sair halına gətirməliyik və Ermənistanın bütün sərhədlərinə şamil etməliyik”, - o bildirib.

Избранный
12
5
axar.az

6Источники