RU

Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə energetika sahəsində yenidənqurma işləri aparılıb

Antiterror tədbirlərindən keçən 2 il müddətində ölkə başçısının tapşırığına uyğun olaraq Xankəndi, Xocalı, Ağdərə və Xocavənd rayonlarında “AzərEnerji” tərəfindən irimiqyaslı tikinti və yenidənqurma işləri həyata keçirilib. SİA-ya verilən məlumata görə, belə ki, işğal müddətində baxımsız vəziyyətdə saxlanılmış 50 MVt gücündə “Sərsəng” Su Elektrik Stansiyasında təcili təmir-bərpa işləri aparılaraq 2023-cü ilin oktyabr ayının əvvəllərində stansiya işə salınıb. Həmçinin, Ağdərə rayonunda 10 MVt gücündə “Həsənriz”, 3 MVt gücündə “Torağay-1”, 5,9 MVt gücündə “Torağay-2”, 5 MVt gücündə “Torağay-3”, 0,8 MVt gücündə“Torağay-4” kiçik su elektrik stansiyaları təmir-bərpa edilərək işə qoşulub.

Qarabağ Enerji Strategiyasına uyğun olaraq regionda müasir infrastruktur da qurulub:

- Xankəndinin dayanıqlı enerji təminatı üçün tam qapalı tipli 110/35/10 kV-luq “Xankəndi-1” yarımstansiyası tikilib və artıq istismara hazırdır. “Şuşa” yarımstansiyasından bura 12 km uzunluqda ikidövrəli xətt çəkilib, şəhərin 1,8 km-lik hissəsi isə yeraltı kabel vasitəsilə təmin olunub.

- 110 kV “Xankəndi-1” yarımstansiyasından 110 kV “Ağdam Qovşaq” və “Həsənriz” yarımstansiyaları istiqamətində yeraltı kabel tunelləri tikilib.

- Xankəndi Şəbəkə Sahəsinin işçi heyəti yerli əhalidən seçilərək xüsusi təlim kurslarından sonra işə cəlb olunub.

- Kəlbəcər istiqamətində üçüncü dairəvi enerji təchizat xətti qurulub. Bu məqsədlə Daşkəsən–Kəlbəcər, Kəlbəcər–Qorçu istiqamətində yeni 110 kV-luq xətlər çəkilib, həmçinin Kəlbəcər–Həsənriz marşrutu üzrə Ağdərəyə qədər 16,7 km-lik xətt tamamlanıb.

- Tərtərçay üzərində 14,7 MVt gücündə “Qozlukörpü” Kiçik Su Elektrik Stansiyası inşa olunub, tikinti-quraşdırma işləri başa çatdırılıb və hazırda son sazlama mərhələsindədir.

Избранный
49
15
sia.az

10Источники