RU

Azərbaycan bu il avtomobillər və onların hissələrinə 1,7 milyard manat xərc çəkib

Bu ilin ilk 8 ayında Azərbaycana 1 milyard 737 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 255,5 milyon dollar və ya 17,2% artıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 1 milyard 482 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal olunmuşdu.

Bu il 8 ayında ümumi idxalın 11,54%-i bu məhsul qrupunun payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 11,61% olub.

Избранный
64
fed.az

1Источники