Ermənistan xarici işlər naziri türkiyəli həmkarı Hakan Fidanın gələn ilin əvvəlində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalamaq üçün bəyan etdiyi son müddəti təsdiq etməyib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.
“Sizə tövsiyə edirəm ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyinə sorğu göndərin”, - Mirzoyan qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Türkiyə xarici işlər naziri Hakan Fidan Ermənistan və Azərbaycan arasında yekun sazişin imzalanmasının 2026-cı ilin birinci yarısında mümkün olacağını açıqlamışdı.