RU

Ötən gün 46 cinayətin açılması təmin olunub

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, sentyabrın 19-da ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarışda olan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Dünən eyni zamanda  polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

N.Adilqızı
XQ

Избранный
27
6
xalqqazeti.az

7Источники