Dağıstanda güclü leysan yağışlarından sonra Mahaçqala, Dərbənd və Kaspiysk şəhərlərində genişmiqyaslı sel qeydə alınıb.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, sözügedən şəhərlərdə bir sıra küçələri su basıb.
Nəticədə avtomobillərin hərəkəti çətinləşib, bəzi yaşayış evlərinə isə su birbaşa pəncərələrdən daxil olub.
Üstəlik, elektrik təchizatında problemlər yaranıb.
Bizim.Media