RU

Sabiq vitse-prezidentin oğlu ifadə verdi - “Rüşvət işi”ndə

2023-cü ildə “Barselona” rəhbərliyi İspaniya Futbol Federasiyasında Texniki Hakim Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyra ilə rüşvət ödənişləri üzrə ittiham olunmuşdu.

Məhkəmə 2001-2018-ci illər arasında Neqreyraya bir neçə milyon avro ödəniş edilməsini cinayət hesab edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən Neqreyranın oğlu Xavyer Enrikes məhkəmədə ifadə verib.

O, “Barselona”ya hakimlik hesabatları təqdim etdiyini etiraf edib. İddialara görə, hər bir hesabat üçün 6–7 min avro alıb.

Enrikes bildirib ki, atasının “Barselona”dan aldığı 7,5 milyon avro bu hesabatlara görə deyildi. O, özü hazırladığı materiallar üçün klubdan 60 min avro alıb və digər məbləğlər barədə məlumatının olmadığını qeyd edib.

O, həmçinin, bildirib ki, faktiki olaraq bu ödənişlər şirkətləri vasitəsilə həyata keçirilmişdi və 7 milyon avrodan çox məbləğ bu yolla faktura olunmuşdu. Ödənişlər barədə məlumatı vergi bəyannaməsi zamanı öyrənəndə çox təəccübləndiyini, atasından izahat tələb etdiyini deyib. Atası isə ona “həmişə hakim etikası hər şeydən üstün olmalıdır və heç kimlə münasibət qura bilməzsən” deyərək, cavab verib.

Xavyer əlavə edib ki, ödənişlərə görə tənqid edilərkən atası “avtoritar və aqressiv” reaksiya verib. “Sənin nə işinə?” – deyə, cavab verib. Prokuror Xavyerdən şirkətləri idarə etməsinə baxmayaraq, ödənişlərdən niyə xəbərsiz olduğunu soruşanda, o, bunun atasının şirkətləri vasitəsilə idarə olunduğunu bildirib.

Həmçinin, Xavyer Enrikes təxminən 1600 yazılı və video hesabat təqdim etdiyini bildirib. Prokuror niyə şəxsi hakim seçimlərini də hesabatlara daxil etdiyini soruşduqda, Xavyer belə cavab verib: “Bu, normaldır, çünki klublar hər şeyi bilmək istəyirlər”.

Избранный
63
sportinfo.az

1Источники